BMT-nin rəhbəri BRİKS sammitində: "Ətraf mühitimiz bütün cəbhələrdə hücuma məruz qalır"
- xəbər
- Oxunub: 17122
Rio-de-Janeyroda keçirilən BRICS sammitinin ətraf mühit, qlobal sağlamlıq və BMT-nin İqlim Konfransına (COP30) hazırlıqlara həsr olunmuş sessiyasında çıxış edən BMT-nin baş katibi Antonio Quterreş planeti bürüyən çoxsaylı böhranlar barədə xəbərdarlıq etdi. "Ətraf mühitimiz bütün cəbhələrdə hücuma məruz qalır. Çirklənmə torpağı və suyu zəhərləyir. Biomüxtəliflik həyəcan verici dərəcədə məhv edilir. Və əlbəttə ki, biz iqlim böhranı yaşayırıq", - deyə o bildirib. Onun sözlərinə görə, nəticələr artıq dünyada hiss olunur: "Həyat və dolanışıq vasitələri məhv edilir və davamlı inkişafda əldə edilən nailiyyətlər geri qaytarılır - fəlakətlər getdikcə daha çox baş verir." Baş katib həmçinin iqlim böhranının sağlamlığa dağıdıcı təsirini vurğuladı: ölümcül isti dalğalarından və suyun çirklənməsindən tutmuş məhsul məhv edilməsindən qaynaqlanan aclığa qədər. O, iqlim dəyişikliyinin malyariya və denq qızdırması da daxil olmaqla xəstəliklərin yayılmasına təkan verdiyini xatırlatdı. BMT-nin baş katibi iqlim və sağlamlığın kəsişməsinə diqqət yetirməyə çağırdı. Daha ətraflı: https://news.un.org

